“Oxfam” beynəlxalq yardım təşkilatının yayımladığı hesabatda dünyanın ən varlı 10 adamının toplam sərvətinin koronavirus (COVID-19) pandemiyası zamanı iki dəfə artdığı ortaya çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Bərabərsizlik öldürür” adlı hesabatda yoxsulluq həddində yaşayan insanların sayının artdığı göstərilib.

Hesabatda dünyanın ən varlı 10 adamı – İlon Mask, Ceff Bezos, Bernard Arnault, Bill Qeyts, Larri Ellison, Larri Peyc, Sergey Brin, Mark Zukerberq, Stiv Ballmer və Varren Baffetin toplam sərvəti pandemiya dövründə iki dəfə artaraq 1,5 trilyon dolları keçib.

Bundan başqa, dünyada hər 4 saniyədə 1 nəfərin aclıq, səhiyyə xidmətlərinə çıxış imkanlarının məhdudluğu, iqlim dəyişikliyinin yaratdığı humanitar böhranlar və zorakılıq səbəbindən öldüyü bildirilir.

Pandemiyanın qlobal bərabərsizliyi daha da ciddiləşdirdiyi bildirilən hesabatda vurğulanır ki, inkişaf etməmiş ölkələrdəki yoxsul insanların koronavirusdan ölmə ehtimalı təxminən 4 dəfə çoxdur.

Başqa tərəfdən, bu dövrdə işləyən qadınların sayının 2019-cu illə müqayisədə 13 milyon nəfər azaldığı, 20 milyondan çox qızın isə məktəbə qayıtmamaq riski ilə üzləşdiyi aydın olub.

Öncəki xəbərAzərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanladılar
Sonrakı xəbərSəlcuq Bayraktar: Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın