“Mayın 28-də Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə məlumatlar yayıl­ıb”.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu məlu­matlar həqi­qətə uyğun deyil və reallığı əks etdirmir. Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.

Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınıb.

Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz aralarında baş verdiyini göstərir. Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik”, – məlumatda deyilir.

MƏNBƏAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Öncəki xəbərCanni De Byazi: Bayrağımız üçün Qazaxıstandan üç xalla dönməliyik
Sonrakı xəbərMusa Qurbanlı: Qurban Qurbanovun oğlu olmaq yük deyil, əlavə məsuliyyətdir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın