Prezident Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ qoşunları Əfqanıstanda milyardlarla dollarlıq silah və təchizatı qoyub gedir, bu silahlar isə Talibanın əlinə keçir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) danışıb.

“Bayden milyardlarla dollarlıq təchizatı orada qoyur. Mən generallara demişdim ki, hər bir mismarı belə qaytarsınlar. Bütün tankları qaytarmalarını istəyirəm. Bunun əvəzinə indi Taliban Baydenin onlara saxladığı bizim silahlarımızla parad keçirir. Bu, biabırçılıqdır”, – deyə D.Tramp bildirib.

“Taliban” 22 silahsız əsiri güllələdi

CNN-nin yayımladığı videoda “Taliban” hərəkatının yaraqlıları əsir aldıqları hökumət qüvvələrinin əsgərlərini güllələyiblər.

Kadrlarda bir qrup silahsız hərbçinin “Allahu Əkbər” sədaları altında atəşə tutulması əks olunub.

Beynəlxalq Qırmızı Xaç cəmiyyətindən həmin ərazidə 22 hərbçinin cəsədinin aşkar olunduğu bildirilib. Onların Əfqanıstan ordusunun xüsusi təyinatlıları olduğu qeyd edilib.

https://www.youtube.com/watch?v=g46R7peYX9g
Video shows 22 Afghan commandos executed by the Taliban

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın