Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq edib.

DİN-dən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, son günlər nazirliyin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.

Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır:

“Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərlərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq iki ilə yaxındır ki, çalışmaqdadır.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından Facebook, Instagram, Twitter və YouTube hesablarına keçid işarə düymələrindən istifadə ilə, ya da aşağıdakı linklər vasitəsilə həmin səhifələrə girə və abunəliyə yazılmaqla məlumatları əldə edə bilərlər:

Facebook: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Instagram: azerbaycan.din

YouTube: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Twitter: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın