Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp “Twitter” hesabının birdəfəlik dondurulması ilə bağlı durumu dəyərləndirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Siz bizi susdura bilməzsiniz!” – deyə Trampın administrasiyası tərəfindən yayımlanan bəyanatda deyilib.

Bu mesaj həmçinin dövlət başçısının rəsmi hesabında da paylaşıldı, ancaq “Twitter” dərhal bu mesajı da sildi.

“Bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq”, – deyə Tramp yazıb.

Onun sözlərinə görə, bu sosial şəbəkə “söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir”. Tramp həmçinin “Twitter”i demokratlar və “radikal sol”la işbirliyində günahlandırıb.

Qeyd edək ki, daha öncə “Twitter” “şiddətə təhrik riski” səbəbindən Trampın şəxsi hesabının həmişəlik dondurulduğunu elan etmişdi.

Trampın qərargahı buna etiraz olaraq sosial şəbəkənin loqotipinin qırmızı rəngli, üzərində oraq və çəkic olan variantını (kompozisiya SSRİ-nin bayrağını xatırladır) paylaşdı. Bundan sonra şirkət qərargahın hesabını da blokladı.

Öncəki xəbərÇavuş Hüseyn Məmmədov Vətən Müharibəsindəki çəkmələrini ABŞ-a götürdü
Sonrakı xəbərCo Bayden Trampın andiçmə mərasiminə qoşulmamasına sevindiyini bildirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın