Cinayətkarlar süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası ilə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank əməkdaşını aldada biliblər. Nəticədə bank 35 milyon dollar itirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bir neçə müddət bundan öncə təqdim edilmiş məhkəmə sənədlərinə görə bu olay yanvar ayında baş verib. Məlumata uyğun olaraq olay bank filiallarından birinin menecerinin adi telefon zənginə cavab verməsi zamanı baş tutub. Filiala zəng etmiş şəxs özünü böyük şirkətin sahibi kimi təqdim edib. Menecer isə şirkət sahibi ilə daha öncə danışdığı üçün bunun dələduzluq olduğunu anlaya bilməyib.

Bundan başqa şirkətin və şirkət hüquqşünasının saxta elektron məktublarından istifadə etmiş dələduzlar filial menecerini inandıra biliblər ki, onlar 35 milyon dollar dəyərində müqavilənin bağlanması ərəfəsindədirlər. Nəticədə filial meneceri zəng etmiş dələduzun əmrlərini ardıcıl şəkildə yerinə yetirib və yeni bank hesablarına bir neçə böyük tranzaksiyanı reallaşdırıb.

Ancaq sonradan bilinib ki, bütün bunlar böyük dələduzluq sxemi imiş. BƏƏ-nin yerli hüquq-mühafizə orqanları belə qənaətə gəliblər ki, dələduzlar Deep Voice adlı texnologiyadan yararlanıblar. Bu texnologiya isə şirkət rəhbərinin səsini doğru şəkildə imitasiya etməyi bacarıb.

Aparılan istintaqa görə, bu dələduzluq sxemində 17 nəfər iştirak edib. Oğurlanmış vəsaitlər isə bütün dünyadan olan çoxlu sayda bank hesablarına köçürülüb. Bank hesablarından 2-si ABŞ-ın Centennial Bank-da açılıb. Buna görə də bu məsələ ilə bağlı istintaq prosesində həmçinin ABŞ-ın da hüquq-mühafizə orqanları iştirak edirlər.

Maraqlısı ondadır ki, bu cür olay ilk dəfədir ki, baş vermir. Belə ki, 2019-cu ildə Böyük Britaniyanın energetik şirkətinin başına bu cür hadisə gəlmişdi. Həmin hadisə çərçivəsində dələduzlar şirkətdən 243 000 $ vəsait oğurlaya bilmişdilər. Bununla belə onlar özlərini şirkətin baş direktoru kimi təqdim etmişdilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın