Çin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Birləşmiş Ştatlar Pekin Qış Olimpiya Oyunlarına müdaxilə cəhdlərini dayandırmalıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məlumat Çin Xarici İşlər Nazirliyinin saytında yayılıb.

“İndi ən önəmli məsələ ABŞ tərəfinin Pekin-2022 Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırmasıdır”, – deyə Çin XİN başçısı bildirib.

Yada salaq ki, ABŞ Çində milli azlıqların hüquqlarının pozulmasını əsas gətirərək Qış Olimpiadasını boykot etdiyini açıqlamışdı. ABŞ bu idman yarışına rəsmi nümayəndə heyəti göndərməyəcəyini bəyan edib. Birləşmiş Ştatların bu addımını Böyük Birtaniya, Avstraliya, Kanada və başqa ölkələr dəstəkləyiblər.

Pekin-2022 Qış Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək. Azərbaycandan fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın