Kanada Xarici İşlər Nazirliyi daha səkkiz fiziki və iki hüquqi şəxsi anti-İran sanksiyaları siyahısına əlavə edib.

YALAN.info bildirir ki, Ottava Tehranı İranın şimalındakı kürd və azərbaycanlıların yaşadığı bölgələrdə kobud insan haqları pozuntularında ittiham edir.

Sanksiyalar siyahısına yeni əlavə edilənlərin PUA və ballistik raketlərin istehsalı ilə məşğul olduqları iddia edilir. Artıq siyahıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandiri Həsən Həsənzadə, Ərdəbil əyalətindəki SEPAH qüvvələrinin komandanı Qulamhüseyn Məhəmmədi Asl, həmçinin qurumun əməliyyat komandanlığının müavini Abbas Nilforuşan, eləcə də Tehranın polis rəisi Abbas-Əli Məhəmmədianın adları da var.

Bundan başqa, “Qods Aviation Industries” şirkətinin direktoru Qasem Damavandyan və İran Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Hun Siavaşa da sanksiya tətbiq edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın