Böyük Britaniya hakimiyyəti Estoniyada Şimali Atlantika Alyansının (NATO) çoxmillətli batalyonunun tərkibində fəaliyyət göstərən hərbi kontingentini ikiqat artırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı bazar günü Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trassın (Elizabeth Truss) “The Daily Telegraph” qəzetində yayımlanmış məqaləsində deyib.

O, eyni zamanda Avropada gərginliyi azaltmaq üçün diplomatik variantlardan istifadə etməyə çağırış edib.

Onu da bildirək ki, indi Böyük Britaniya Estoniyadakı 1,2 min nəfərlik NATO batalyonuna komandanlıq edir ki, onlardan 900-ə yaxını krallığın subyektləridir. Yaxın günlərdə respublikada Britaniya hərbçilərinin sayı 1,8 min nəfərə qədər artacaq. Bundan başqa, 140 britaniyalı hərbçi hazırda ABŞ-ın komandanlığı altında alyansın Polşadakı çoxmillətli batalyonunun tərkibindədir.

Yada salaq ki, NATO batalyonlarının Estoniya və Polşada, eləcə də Latviya və Litvada yerləşdirilməsi ilə bağlı qərar təşkilatın 2016-cı ildə Varşavada keçirilən sammitində qəbul edilib.

MƏNBƏThe Daily Telegraph
Öncəki xəbər“Land of Fire” komandası İsveçrədə Dünya Kubokunun qalibi oldu
Sonrakı xəbərPrezident İlham Əliyev Gəncə şəhərində səfərdə olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın