Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

YALAN.info bildirir ki, bununla bağlı Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib. “Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə “nəticələrin” olacağı ilə bağlı xəbərdarlıq edib.

O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” açıqlayıb. Paşinyan eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın