Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 25 mart 2022-ci il saat 00:00-a qədər mülki əhali arasında itkilər 2 858 nəfər (bir gün öncəki hesabatda 2 788 nəfər idi – Red.), o cümlədən 1 104 nəfər (1 081 – bir gün öncə) dinc sakin təşkil edib.

YALAN.info bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı şənbə günü məlumat yayıb.

“Ali Komissarlıq hesab edir ki, real rəqəmlər özəlliklə hökumətin nəzarətində olan ərazilərdə və son günlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bir sıra yerlərdən gələn məlumatlar gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, – sənəddə vurğulanır.

Qeyd edilir ki, Mariupol və Volnovaxa, İzyum, Severodonetsk, Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 nəfər (böyüklər – Red.) cinsiyyəti hələ müəyyən edilməyib. Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.

Öncəki xəbərMN Rusiya Federasiyasının birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirdi
Sonrakı xəbərRəsmi Kiyev: Rusiya erməni, azərbaycanlı və türkləri Krıma deportasiya etmək istəyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın