Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiya Federasiyasının Ukraynadakı durumla bağlı qətnamə layihəsini dəstəkləməyib.

YALAN.info bildirir ki, yalnız Rusiya və Çin layihənin lehinə səs verib. Təhlükəsizlik Şurasının heç bir üzvü sənədin əleyhinə səs verməyib. TŞ-nin başqa 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) bitərəf qalıb.

Qətnamə qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən (beşi daimi və on qeyri-daimi) ən azı doqquzu tərəfindən dəstəklənməlidir.

Bildirək ki, sənəddə bütün tərəflərə mülki əhalinin müdafiəsini təmin etmək və mülki obyektlərə hücum etməmək çağırışı öz əksini tapmışdı. Həmçinin, qətnamə layihəsində BMT-nin humanitar işlərinin maliyyələşdirilməsinin təmin edilməsinin zəruriliyi vurğulanırdı.

Onu da bildirək ki, Rusiya tərəfinin Belarus, Şimali Koreya və Suriya ilə birgə hazırladığı qətnamədə humanitar yardım çağırışları “bütün tərəflərə” ünvanlanmışdı. Bundan başqa, əhalinin sıx məskunlaşdığı ərazilərdə hərbi qurğuların və texnikanın yerləşdirilməsi qəti şəkildə pislənilib.

MƏNBƏTASS
Öncəki xəbərBeynəlxalq nəşrlər pilotsuz aparata tərif yağdırır: Rusiya texnikasını məhv edən Bayraktar
Sonrakı xəbərBlinken: Rusiya Ukraynada hərbi cinayətlər törədir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın