Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası müharibə başlayandan ilk dəfə olaraq Ukrayna ilə bağlı bəyanat qəbul edib.

YALAN.info bildirir ki, BMT TŞ sədrinin bəyanatı bu gün keçirilən toplantıda təsdiqlənib.

“Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir”, – sənəddə deyilir.

BMT-nin baş katibi Antoniu Quttereş bildirib ki, o, Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı bəyanatını alqışlayıb.

“BMT Təhlükəsizlik Şurası sədrinin Ukrayna ilə bağlı bəyanatını qəbul etməsi baş katib Antoniu Quterreşin problemin sülh yolu ilə nizamlanmaya nail olmaq səylərinə bütün şuranın dəstəyinin ifadəsi idi”, – Norveçin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Mona Yuul bildirib. “BMT baş katibinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə nail olmaq səylərində Təhlükəsizlik Şurasının tam dəstəyinin olması önəmlidir”, – o deyib.

Quterreş ötən həftə Moskva və Kiyevə səfər edib. Əvvəllər o, münaqişənin həlli üçün vasitəçilik xidmətlərini irəli sürüb. Norveç Meksika ilə birgə bəyanata vasitəçilik edib.

Onu da bildirək ki, may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın