Rusiyanın 24 fevralda Ukraynaya tammiqyaslı hücumu başlayandan bugünədək Ukraynada 3 974 mülki şəxs ölüb.

YALAN.info bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu vurğulanır.

Bildirilib ki, ölənlər arasında 1 497 kişi, 985 qadın, 91 qız və 99 oğlan, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 69 uşaq və 1 233 böyük var. Eyni zamanda, 4 654 nəfər yaralanıb.

Öncəki xəbərJoze Mourinyo “Roma” ilə ilk UEFA Konfrans Liqasının qalibi oldu
Sonrakı xəbər“Pençe Kilit” əməliyyat zonasında məhv edilən terrorçuların sayı 100-ü keçib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın