“Əgər Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə, sürətli və sərt cavab verəcəyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirilən görüşdə deyib. O bildirib ki, bu görüş deskalasiyaya nail olmaq və Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün davam edən səylərin bir parçasıdır.

“Mən müttəfqilərimiz və tərəfdaşlarımızla, eyni zamanda Ukrayna rəsmiləri ilə müzakirələrdən gəlirəm. Biz hamımız yaxın kordinasiyadayıq və rahatsızlıqlarımızı bölüşürük. Hamımız bütün fikir ayrılıqlarını həll etmək üçün çalışırıq və bu yöndə diplomatiya və dialoqa sadiqik. Ancaq əgər bu yol mümkün olmasa və Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə sürətli və sərt cavab verəcəyik.

Mən bu görüş imkanından istifdə edərək sizinlə birbaşa olaraq müttəfiqlərimizin ortaq fikrini, həmçinin sizin qaldırdığınız narahtlıqlarla və həmçinin Rusiyanın hərəkətləri ilə bağlı bizim dərin narahtlıqlarımıza yönəlmiş konkret ideyaları bölüşmək istədim”, ABŞ dövlət katibi deyib.

O vurğulayıb ki, ABŞ və müttəfiqləri fundamental prinsiplərə sadiqdir və bu prinsipləri hər zaman müdafiə edəcəklər: “Bu kritik andır. Təbii ki, bütün məsələləri burda həll edə bilmərik. Ancaq mən ümid edirəm və inanıram ki, biz diplomatiya yolunu seçmək barədə qərar verə biləcəyik. Diplomatiya və dialoq yolu açıqdır və biz bu yoldan getməyə sadiqik. Fikir ayrılıqlarımızı sülh yolu ilə həll etməyə hazırıq. Ümid edirəm ki, bu gün bu təklifi biz yoxlaya biləcək və bunun ardınca hara gedəcəyimizi görə biləcəyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın