Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) NATO Baş katibi Yens Stoltenberqin alyansın İsveç və Finlandiyanı üzv kimi qəbul etməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda qeyd olunub.

Rusiya XİN bu cür açıqlamaları İsveç və Finlandiyanın siyasətinə təsir etməyə çalışmaq kimi xarakterizə edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın bu ölkələrlə uzunmüddətli dostluq münasibətləri var və bloka üzv olmayan ölkələr olaraq İsveç və Finlandiya Avropanın təhlükəsizliyinin formalaşmasına töhfə verir: “Biz inanırıq ki, indiki böhran dövründə bloklara qoşulmamaq statusu dövlətlərin öz təhlükəsizliyini təmin etməsi üçün ən təsirli yoldur.

NATO ilə danışıqların gündəliyinə gəlincə, biz gündəliyi bu üç əsas element əsasında formalaşdırmışıq:

  • NATO-nun genişlənməsinin dayanması,
  • Rusiya sərhədləri yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməməsi,
  • blokun 1997-ci ildə imzalanmış Rusiya-NATO Təsis Aktı konfiqurasiyasına qaytarılması”.

XİN-in açıqlamasında qeyd olunub ki, Rusiya NATO-un vəd etdiyi yazılı reaksiyanı gözləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın