Bu gün Bakıda “International Fairs Trade Group” şirkətinin təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisinin açılışı keçirilib.

YALAN.info bildirir ki, sərgidə İranın Azərbaycandakı Səfirliyi, Türkiyə Ticarət Palatasının nümayəndələri iştirak ediblər. Sərgi mayın 18-ə qədər davam edəcək. Sərgidə müxtəlif ölkələr, əsasən də İran şirkətləri təmsil olunur.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sərginin təşkil edilməsinə görə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkür edib.

O əlavə edib ki, koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər artıq aradan götürülüb: “Çox şadam ki, bu gün sərgi təşkil edirik və bu sərgidə böyük potensiala malik İran şirkətlərinin nümayəndələri iştirak edirlər. İranın Azərbaycandakı Səfirliyi bütün şirkətlərə dəstək verməyə də hazırdır”.

Yadaq ki, sərgi çərçivəsində sabah biznes-forum təşkil ediləcək. Biznes-forumda sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Öncəki xəbərUkraynanın “Kalush Orchestra” qrupu Stefania mahnısı ilə ESC2022-nin qalibi oldu
Sonrakı xəbərBritaniya kəşfiyyatı: Rusiya Ukraynadakı quru qoşunlarının üçdə birini itirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın