Azərbaycan 2003-cü ildən başlayaraq xammal resurslarından ən çox gəlir götürən ölkələr arasında qərarlaşıb. Bununla bağlı Fitch Ratings beynəlxalq reytinq agentliyinin məlumatını yayan ANS PRESS-dən bildirilir. “İqtisadi artımı, fiskal effektivliyi və 2003-cü ilin ixrac gəlirlərini nəzərə alaraq Boliviya, Peru, Azərbaycan və Fil Dişi Sahili (Côte d’Ivoire) xammal resursları qiymətlərindəki sıçrayışdan ən çox qazanan ölkələrdir, Bəhreyn, Qabon, Venesuela və Surinam isə ən az gəlir əldə edən dövlətlərdir”, – deyə hesabatda bildirilir.

Agentliyin analitiklərinin hesablamalarına görə, inkişafda olan xammal ixracatçı-ölkələrin ümumi fiskal gəlirləri  2013-cü ildən fərqli olaraq bu il 1,3 trilyon az olacaq.

Fitch Ratings qeyd edir ki, iqtisadiyyatı xammal ixracı əsasında qurulan inkişafda olan ölkələrin mərkəzləşdirilmiş xərcləri 2000-ci illərin ortalarından ÜDM-də 5%-ə qədər artsa da, 2012-ci ildən ÜDM-də 2%-ə qədər azalıb.

Hazırda Rusiya neft hasilatına görə dünya birincisidir. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 2016-cı ilin I rübündə 10,3 milyon barel, Rusiyanınkı isə 10,8 milyon barel olub. Üçüncü yerdə ABŞ-dır. Bu ölkənin günlük hasilatı hazırda 9 milyon barel ətrafında dəyişir.

Öncəki xəbərFransanın məşhur modelyeri Jan Klod Jitruanın moda kolleksiyası Bakıda
Sonrakı xəbərQafqaz Müsəlmanları İdarəsi Ramazan təqvimini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın