Sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük qiymət fərqinin olması ilə bağlı məlumatlar yayılır. Özəlliklə, 2 fevral tarixinə olan qiymətlərə istinad edilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Hava Yollarından (AZAL) açıqlama verilib. 

Bildirilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə uyğun olaraq, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır. Belə ki, hər reysdə aviabiletlərin sayı məhduddur. Buna görə də, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.

Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bununla bağlı rəsmi məlumat veriləcəkdir.

MƏNBƏOxu.az
Öncəki xəbərAvstraliyada koronavirusa ən yüksək yoluxma qeydə alınıb
Sonrakı xəbərHüsniyə şagirdi döyən direktoru dəstəkləyənlərə: Biz də şillə vuraq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın