“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Ancaq monitorinqlər aparılır”.

YALAN.info bildirir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq çox sayda tarix-mədəniyyət abidələri aşkarlanıb:

“Reyestrdə olan 706 abidədən 404-ünü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb. Məlumatlar əldə olunandan sonra abidələr təsnifatlaşdırılır, dağıdılma dərəcəsinə və əhəmiyyətinə görə prioritetləşdirilir. Bundan sonra bərpa, ya da konservasiya mərhələsi olacaq”.

KİMŞəfiqə Nazimqızı
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərAleksey Arestoviç Rusiya ilə barışığın yeganə variantını açıqladı
Sonrakı xəbərTDT-nin baş katibi: Azərbaycanın qələbəsi bütün Türk dünyasının qələbəsidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın