Azərbaycanın xristian vətəndaşları, Alban-Udi xristian icmasının üzvləri Xocavən rayonunun Hadrut qəsəbəsinə səfər ediblər.

YALAN.info bildirir ki, “Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, səfər Pasxa münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Alban-Udi xristian icmasının üzvləri öncə Hadrut qəsəbəsinin Çinarlı kəndində yerləşən Ağxaç kilsəsini ziyarət ediblər. İcma üzvləri kilsədə dini ayinlərini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxuyublar.

Hadrutdakı İoan məbədində ermənilərin dağıdıb gizlətdiyi qədim qəbir daşları aşkarlanıb

İcma üzvləri səfər zamanı məbədin qarşısında dağıdılmış qədim qəbirlərin üzərində sinə daşlarının olmadığını görüblər. Alban-Udi xristian icmasının üzvləri Hadrut qəsəbəsində, İoan məbədinin qarşısındakı qədim qəbirlərin ermənilər tərəfindən dağıdılaraq gizlədilən sinə daşlarını tapıblar.

Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari “Report”un Qarabağ bürosuna bildirib ki, icma üzvləri ermənilər tərfindən dağıdılaraq gizlədilən həmin sinə daşlarını taparaq yerinə qoyublar:

“İcma üzvləri ilə birlikdə sinə daşlarını tapıb yerinə qoyduq. Daha sonra dini ayinlərimizi icra edib, dualar oxuduq. Ermənilər məbədin qarşısındakı qədim qəbirləri dağıdıb və sinə daşlarını gizlətmişdilər. Ümumiyyətlə ermənilərin 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərdəki insanlığa sığmayan vəhşiliklərini bütün dünya gördü. Burada dağıntılar və vəhşiliklər, təmir-bərpa işlərindən daha çoxdur.

Ermənilər hər hansı tarixi abidəni, mədəniyyət nümünəsini, dini məbəd və ziyarətgahı yalnız özünküləşdirə bilmədikləri üçün dağıdıblar. Buradakı qəbrlər və onların sinə daşlarının üzərində dərindən oyma üsulu ilə alban və udilərə aid olduğu ehtimal edilən yazılar, ən əsası da alban xaçları var. Bu səbəbdən də sinə daşlarını özünküləşdirə bilmədikləri üçün ermənilərin dağıtdığını düşünürük”.

Xocavənd rayonunun səfər edən Alban-Udi xristian dini icmasının üzvləri Hadrut qəsəbəsində İoan məbədini ziyarət ediblər. İcmasının sədr müavini Rafiq Danakarinin sözlərinə görə, Pasxa münasibəti ilə məbədi ziyarət edən icma üzvləri öz dini ayinlərini yerinə yetirərək şəhidlərin ruhuna dualar oxuyublar.

Alban-Udi xristian icmasının üzvləri kilsə və məbədləri ziyarət edərkən maraqlı faktlar aşkarlayıblar

İcma üzvləri məbədi ziyarət edərkən maraqlı faktlar da ortaya çıxarıblar. R.Danakari ziyarət zamanı bildirib ki, ermənilər bu əraziləri 30 il əvvəl işğal etsələr də tarixi abidələri, kilsə və məbədləri 200 il qabağ Qarabağ və ətraf rayonlara kütləvi köçdən sonra işğal edərək özününkiləşdirməyə çalışıblar:

“Məlumdur ki, 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin 15-ci bəndinə görə ermənilər kütləvi şəkildə Azərbaycanın qədim yaşayış məskənlərinə köçürülüb. Kütləvi köçün ilk günlərində ermənilər Azərbaycan xalqının islamaqədərki xristian əhalisinə və burada yaşayan albanlara məxsus qədim xristian abidələrinə, kilsə və məbədlərə sığınıblar. Sonralar yerli əhalinin çox hissəsinin müsəlman olmasından istifadə edərək həmin kilsə və abidələri özününkiləşdirməyə başlayıblar”.

R.Danakari əlavə edib ki, dünya ictimaiyyəti qarşısında özlərini yerli xristian əhali kimi təqdim etmək məqsədi ilə ermənilər albanlara və yerli xristian əhaliyə məxsus tarixi mədəniyyət abidələri, kilsə və məbədləri iki əsrə yaxındır ki, saxtalaşdırmağa, özününkiləşdirməyə çalışıblar:

“Azərbaycanın qədim yaşayış məskənlərinə ermənilərin kütləvi köçürülməsinin cəmi 200 ilə yaxın tarixi olsa da onlar özlərini 2 min ildən artıq bu ərazidə yaşadıqlarını sübut etməyə çalışırlar. Ancaq bu uydurma və saxtlaşdırlmış faktlarla yalnız özlərini aldada biliblər. Tarixi həqiqətlərin üzərinə boya sürtməklə onu gizləmək ağılsızlıqdır. Çünki boya ilə örtülmüş tarixin ömrü güclü yağışların yağmasına qədər olur.

30 il əvvəl ermənilərin işğal etdiyi ərazilər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən Müharibəsində azad olundu. Bu gün biz məbəd və kilsələrdəki dəyişiklikləri çox asanlıqla orijinalından ayıra bilirik. Azərbaycanın qədim yaşayış məskənlərində albanlara məxsus maddi və mənəvi mədəniyyət abidələrində, kilsə və məbədlərdə dini ayinlərin icra olunduğu yer üç pillə olduğu halda ermənilər artıraraq beş pillə ediblər. Ancaq ermənilərin sonradan əlavə etdikləri pillələr və onların üzrəində olan erməni xaçları digər pillələrdən və onların üzərindəki boya ilə örtülmüş xaçlardan seçilir”.

Bildirək ki, Alban-Udi xiristian icması üzvlərinin işğaldan azad edilən ərazilərdəki alban məbədlərinə ziyarəti başa çatıb. Udilər Hadrutdan sonra Xocavəndin Hünərli kəndindəki IV əsrə aid qədim alban məbədində olublar. Səfərin sonunda isə udilər Tuğ qəsəbəsində olan alban məbədlərini ziyarət ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın