Azərbaycan neftinin qiyməti 100 ABŞ dollarını keçdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,13 ABŞ dolları, ya da 3,20 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 100,76 ABŞ dolları olub.

Bildirək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Yada salaq ki, Azərbaycan nefti sonuncu dəfə 2014-cü ilin sentyabr ayında 100 ABŞ dollarından baha satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın