Bu gündən Azərbaycanda koronavirusla (COVID-19) bağlı xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və b.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın uyğun qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Öncəki xəbərİlham Əliyev: Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq
Sonrakı xəbərÖlkədə terror-təxribat törədən ermənilərin cinayət işinin ibtidai istintaqı sona çatıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın