Bu gündən Azərbaycanda koronavirusla (COVID-19) bağlı xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və b.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın uyğun qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın