Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, 27 sentyabr 2020-ci ildə, saat 06:00-ya yaxın Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra torpaqlar işğaldan azad edilib, düşmən böyük itkilər verib.

Belə bir həssas dönəmdə ölkədə çalışan bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

Azərbaycanın cəbhə bölgəsində gedən döyüşlərinə dəstək olanların sayı durmadan artır. Hər bir Azərbaycanlı hər zaman olduğu kimi bu gün də birlik olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Ordusu üçün Yardım Fonduna aşağıdakı qrumlar ianələr köçürüb:

  • Azercell Telekom – 1.000.000 AZN
  • “Ulu Göyçə” MMM – 100.000 AZN
  • “Metak” – 100.000 AZN
  • “Amoris” MMC – 50.000 AZN
  • “Mega Sığorta” – 50.000 AZN
  • “Baku Electronics” – 50.000 AZN
  • “Hyunday Azərbaycan” – 50.000 AZN
  • “Azrib” MMC – 36.343 AZN ərzaq yardımı edib.
  • “IST PETROL” Yanacaq doldurma məntəqəsi – 30.000 AZN
  • “T.T.Ş.-İnşaat” MMC – 25.000 AZN 
  • “Arriver” MMC – 20.000 AZN
  • “Gens Elektrik” – 20.000 AZN
  • “Chirag” Plaza Hotel və Biznes Mərkəzi – 20.000 AZN
  • “Marin group” – 15.000 AZN
  • “AzFinance Investisiya” – 10.000 AZN
  • “Enginet” – 10.000 AZN
  • “Draft Construction” MMC – 10.000  AZN
  • “Camal” LTD şirkətinin “ICELAND” ticarət markası – 10.000 AZN
  • “Chasioglu” ELM İSTEHSALAT MMM – 10.000 AZN
  • “Hermes finance Lizing” – 5000 AZN
  • “Park Hill Properties” şirkəti – 10.000 AZN
  • “Karaca” mağazalar şəbəkəsi – 10.000 AZN
  • “MRT İnşaat” – 10.000 AZN
  • “Çanakkale Seramik” – 20.000 AZN
  • “İrşad Electronics” – 50.000 AZN
  • “Neptun Supermarketlər Şəbəkəsi” – 30.000 AZN
  • Ukraynada yaşayan azərbaycanlı iş adamı Qasımov Orxan Şahin oğlu – 20.000 AZN
  • “Mrfix” şirkəti – 100.000 AZN
  • “Panda” boyaları – 10.000 AZN
  • “START İV” MMC şirkəti – 3.000 AZN
  • “TOSOİL” şirkəti – 20.000 AZN
  • “Shaurma №1” restoranlar şəbəkəsi – 20.000 AZN
  • “Gəncə Cihazqayırma Zavodu” ASC – 20.000 AZN
  • “ScanEX Enterprises Limited” nəqliyyat və logistika şirkəti – 50.000 AZN

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Mərkəzi Bankdan YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri

Bankın adı:Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Bankın ünvanı:Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A
Bankın telefonları:(012) 562 99 41, (012) 562 93 37
Kod:805584
VÖEN:9900001881
Müxbir hesab:AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod:IBAZAZ 2X
Benefisiarın adı:S.Q.Y.F MN
VÖEN:1300162621
Hesablaşma hesabları: 
AZNAZ98IBAZ38040019449930010202
ABŞ DOLLARIAZ88IBAZ38140018409930010202
AVROAZ68IBAZ38140019789930010202
RUSİYA RUBLUAZ08IBAZ38140018109930010202
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 
1 sentyabr 2020
AZN113.414.815,17
ABŞ DOLLARI213.577,88
AVRO18.341,0
RUSİYA RUBLU5000,0

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

Torpaqlarımız uğrunda gedən döyüşlərdə hər zaman ordumuzun yanındayıq. Yaşasın Azərbaycan əsgəri, Yaşasın Azərbaycan!

Öncəki xəbərƏrdoğan Dağlıq Qarabağ bəyanatına görə Rusiya, ABŞ və Fransa prezidentlərinə xəbərdarlıq edib
Sonrakı xəbərErmənilərin artilleriya zərbəsi 19 mülki şəxsin həyatına son qoyub, 55 nəfər yaralanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın