Gəncə-Qazax-Gürcüstan avtomobil yolu ikinci texniki dərəcədən birinci texniki dərəcəyə yenidən qurulur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

Layihəyə uyğun olaraq, yol üzərində 16 avtomobil körpüsü quraşdırılacaq. Onlardan Tovuzçay üzərindən keçən körpü öz unikallığı ilə seçiləcək. Bu ölkəmizin ən hündür və ən uzun körpüsü olaraq inşa edilir.

Körpünün ümumi uzunluğu 290 metr, hündürlüyü isə 36 metr təşkil edəcək. O, Tovuzçay üzərindəki başqa bu statusda olan körpüdən bir qədər uzun və hündür olması ilə seçiləcək.

İndi tikintidə qızğın iş gedir. Burada işlərin 47 faizi yekunlaşmaq üzrədir. Sözügedən körpü 5 aşırımdan ibarətdir. Orta aşırımların hər biri 63 metr, kənar aşırımlar isə 44,5 metr təşkil edir. Körpünün fundamenti svaylar üzərində inşa edilib.

Layihə tam reallaşdırıldıqdan sonra Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına müsbət təsir göstərəcək. Körpünün inşasının başa çatdırılması gələn ilin sonuna nəzərdə tutulur.

KİMİlham Mustafayev
MƏNBƏSputnik Azərbaycan
Öncəki xəbərBu il Azərbaycana 10 mindən çox hibrid avtomobil gətirilib
Sonrakı xəbərDünya şöhrətli Xalq rəssamı Əşrəf Heybətov Azərbaycan vətəndaşlığı aldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın