Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Anadolu” agentliyinin məlumatına görə, bununla bağlı Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 milyard 634 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz şəklində tankerlərlə çatdırılıb.

Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9 faiz azalıb, tankerlərlə tədarük isə 105,5 faiz artıb.

Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb – 1 milyard 865 milyon kubmetr. Azərbaycandan isə 762 milyon kubmetr qaz tədarük edib.

Öncəki xəbərTelegramın yaradıcısı Pavel Durov yenidən ABŞ messencerlərini tənqid edib
Sonrakı xəbərABŞ Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 300 milyon ABŞ dolları ayırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın