Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən uyğun tədbirlər görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. İndi bu istiqamətdə durum sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərJosep Borrell: Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır
Sonrakı xəbər18 yaşlı Məhəmməd Muradlı ikiqat Azərbaycan Çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın