Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Rusiyaya qarşı sanksiyalar paketi layihəsi hazırdır və ehtiyac yaranarsa, təsdiqlənməsi üçün irəli sürüləcək.

“Biz hələ də diplomatik prosesin müsbət nəticəsinə inanırıq. Bütün səylərimizi buna yönəldəcəyik. Bununla yanaşı, artıq sanksiyalar paketini də AB Şurasına təqdim etmək üçün tam hazırlamışıq. Ehtiyac yaranan kimi mən bu paketi təqdim edəcəyəm. Təcavüz baş verərsə, dərhal Xarici İşlər Nazirləri Şurasını çağıracağam.

Əgər sanksiya paketi təklif etmək üçün yekdil qərar tələb olunsa da, əminəm ki, Şura bunu təsdiq edəcək. Enerji məsələləri bu paketin ən önəmli hissələrindən biri olacaq. Ancaq onların tətbiqi məqamı gələnə qədər mən sizə sanksiyaların məzmunu ilə bağlı məlumat verə bilmərəm”, – deyə AB rəsmisi bəyan edib.

Borrell həmçinin əlavə edib ki, AB liderləri qeyri-rəsmi görüşdə Ukrayna ətrafında durumun gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar məsələsində birlik nümayiş etdiriblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın