Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) milli komandaların oktyabr ayı üçün reytinqini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 11,59 əmsal itirən Azərbaycan millisi 1147,87 xalla daha iki pillə geriləyib. İndi Canni De Byazinin yetirmələri FIFA-nın reytinqində 119 sırada qərarlaşıb.

Millimiz reytinq sıralamasında Mərkəzi Afrika Respublikası, Zimbabve, Farer adaları, Tacikistan kimi komandalardan da geridədir.

Qeyd edək ki, Azərbaycan yığmasının reytinqi ilin əvvəlindən durmadan enir və artıq 11 pillə aşağı düşüb.

Yeni reytinqdə dünya güclüləri aşağıdakı sıralamada qərarlaşıblar:

  1. Belçika
  2. Braziliya
  3. Fransa
  4. İtaliya
  5. İngiltərə
  6. Argentina
  7. İspaniya
  8. Portuqaliya
  9. Meksika
  10. Danimarka

Azərbaycan milli komandasının FIFA reytinqində ən yüksək uğuru 2014-cü ilin iyulunda olub – 73-cü yer.

Öncəki xəbərXalq artisti Tünzalə Ağayeva onu sevənlərə və sevməyənlərə də sağolun dedi
Sonrakı xəbərİsrailli nazir: İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın