Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) milli komandaların oktyabr ayı üçün reytinqini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 11,59 əmsal itirən Azərbaycan millisi 1147,87 xalla daha iki pillə geriləyib. İndi Canni De Byazinin yetirmələri FIFA-nın reytinqində 119 sırada qərarlaşıb.

Millimiz reytinq sıralamasında Mərkəzi Afrika Respublikası, Zimbabve, Farer adaları, Tacikistan kimi komandalardan da geridədir.

Qeyd edək ki, Azərbaycan yığmasının reytinqi ilin əvvəlindən durmadan enir və artıq 11 pillə aşağı düşüb.

Yeni reytinqdə dünya güclüləri aşağıdakı sıralamada qərarlaşıblar:

  1. Belçika
  2. Braziliya
  3. Fransa
  4. İtaliya
  5. İngiltərə
  6. Argentina
  7. İspaniya
  8. Portuqaliya
  9. Meksika
  10. Danimarka

Azərbaycan milli komandasının FIFA reytinqində ən yüksək uğuru 2014-cü ilin iyulunda olub – 73-cü yer.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın