Bu gün Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın ad günüdür.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tanınmış müğənni və bəstəkar “Facebook” səhifəsində ad günü ilə bağlı paylaşım edərək bunları yazıb:

“45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm özümə. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis, neqativ” adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən beş almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də sağ olsunlar – motivasiyamın artmasına səbəb olduqları üçün”.

Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuz şəhərində anadan olmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. T.Ağayeva həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır.

Tünzalə xanım hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.

Tünzalə – Sən O Deyilsən | 2006 | “Oxu” Solo Konsert

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. 2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülmüşdür.

İndi Tünzalə Ağayeva fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və oxuyur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın