Tanınmış aparıcı-bloqer Azər Qərib ölkəyə qayıdanlardan koronavirus testi tələbinə narazılığını bildirib.

YALAN.info bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri, jurnalist bununla bağlı öz Facebook hesabında paylaşım edib.

“Novruz bayramı günlərində ölkə xaricinə axın var idi, hava limanı gedənlərlə dolu idi. On minlərlə insan tətili başqa ölkədə keçirməyə yollanırdı. Allah hamıya bu imkanı versin, amma sözüm onda yox.

Minimal bir rəqəm götürək, məsələn, 10 min insan. Oralarda testin ortalama qiyməti isə 50 dollardır. 10 min adamı vuraq 50 dollara, olur 500.000 dollar. Yəni cəmi bir həftə ərzində Vətənlərinə dönən Azərbaycan vətəndaşları qayıtmayan investisiya qoyub gəldilər, daha doğrusu, havaya sovurdular pullarını.

500 000 dollar… Hələ mən minimal hesablama apardım. 500 000 dollar uçdu getdi artıq heç kimə lazım olmayan, mənasız testlərə. Daha doğrusu, xarici səhiyyə sisteminin dəstəklənməsinə. Bu tələbi ləğv etməyin vaxtı çatmayıb, artıq keçib vaxtı…”, – o qeyd edib.

Azərbaycan Turizm Blogerləri Asosiasiyasının sədri, jurnalist Azər Qərib ölkədə hotellərin qiymətlərinin baha olması məsələsinə də toxunub. “Qafqazinfo“nun məlumatına görə, bloger bildirib ki, Azərbaycanda yalnız hotellər deyil, digər ölkələrlə müqayisədə başqa şeylər də bahadır:

“Məsələn bizdə maska 30 qəpikdir, Moskvada 4 qəpik, ancaq sözüm onda deyil. Otellərin qiymətləri söhbətinə gələndə nədənsə hamı 5 ulduzlu otellərin qiymətlərini misal gətirir. Heç bir ölkədə 5 ulduzlu otel ucuz deyil, nə rifahlı Avropada, nə acından günorta duran Maldiv adalarında. 

Düzdür, xidmət (servis) sarıdan biz hələ ki, beynəlxalq standartlara tam çatmırıq, ancaq fakt budur ki, 5 ulduzlu otel ucuz ola bilməz. Ələlxüsus satış varsa, heç bir sahibkar öz malını ucuz satmaz, bəyənsək də belədir, bəyənməsək də. Yüksək maaş alan Almaniyada da belədir, qəpik-quruş alan Efiopiyada da”. 

Onun sözlərinə görə, ölkənin turistik və otel potensialı 5 ulduzlu hotellərlə ölçülmür: “Əgər belə otellərə alternativ varsa, əgər insanlar öz ciblərinə uyğun gecələmə imkanlarını əldə edə bilirlərsə bu, müsbət faktor kimi dəyərləndirilir”.

MƏNBƏQafqazinfo
Öncəki xəbərYücel Karauz: Bakını təhdid edən rus deputat ikinci Jirinovski olmaq istəyir
Sonrakı xəbərRusiya ilə müharibədə Ukraynanın birdəfəlik itkiləri qiymətləndirildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın