Rusiya ilə Ukrayna arasında baş verən genişmiqyaslı müharibə nəticəsində Ukraynanın birdəfəlik itkiləri 564,9 milyard dollar təşkil edir.

YALAN.info bildirir ki, bununla bağlı baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook”da yazıb.

Onun sözlərinə görə, dəymiş zərər aşağıdakı sahələri əhatə edir:

  • 119 milyard dollar – infrastrukturun itirilməsi (demək olar ki, 8 min km yol, onlarla dəmir yolu stansiyası, hava limanları dağıdılıb və zədələnib).
  • 2022-ci ildə 112 milyard dollar ÜDM itkisi.
  • 90,5 milyard dollar – mülki əhalinin itkiləri (10 milyon kvadratmetr yaşayış sahəsi, 200 min avtomobil, 5 milyon insanın ərzaq təminatı).
  • 80 milyard dollar – müəssisə və təşkilatların itkiləri.
  • 54 milyard dollar – Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itkisi.
  • 48 milyard dollar – dövlət büdcəsinin itkiləri.

“Hər gün rəqəmlər dəyişir və təəssüf ki, artır. Ona görə də Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan kompensasiya ödənişlərini almağa çalışacaq. Həm məhkəmənin qərarı ilə, həm də Rusiyanın dondurulmuş aktivlərini dövlətimizə verməklə”, – deyə Sviridenko vurğulayıb.

Yada salaq ki, 2022-ci ilin fevralın 24-də Rusiya ilə Ukrayna arasında başlayan müharibə otuz üç gündür ki, davam edir.

Как обстрелы изменили украинские города

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın