Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskinin onunla təkbətək danışıqlar aparmaq istədiyini bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Avstriya kansleri Putinlə danışıqlardan sonra bildirib.

Putinlə görüşdən dərhal sonra kansler Ofisinin geniş yayılmış bəyanatına görə, Ukraynanın şərqində döyüşlərin gözlənilən intensivləşməsi ilə əlaqədar Moskvaya səfəri ilə üç əsas humanitar məqsədə nail olmaq istəyib: hərbi əməliyyatların dərhal dayandırılması, əhalinin yaralı və həssas qruplarının təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması, Beynəlxalq Qızıl Xaç Komitəsi və başqa humanitar təşkilatlar tərəfindən humanitar yardımın əldə edilməsi.

“Ona bunu da dedim ki, Prezident Zelenski danışıqlar aparmaq üçün onunla birbaşa əlaqə qurmaq istəyir. Ancaq buna ciddi reaksiya verilmədi”, – Nehammer Moskvada Putinlə danışıqlardan sonra avstriyalı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Nehammer Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Avropa Birliyinin Putinlə danışıqlar aparan ölkəsinin ilk hökumət başçısı olub. Yada salaq ki, bundan öncə Avstriya kansleri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

Öncəki xəbərSerbiya Prezidenti Türkiyədən Bayraktar PUA-ları almaq istəyir: Ərdoğandan razılıq aldım
Sonrakı xəbərAvropa Birliyi neft sektorunda Rusiyaya qarşı sanksiyaları genişləndirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın