Avstraliyanın xarici işlər naziri Maris Peyn Ukrayna hadisələrinə görə 67 rusiyalıya qarşı yeni sanksiyalar elan edib.

YALAN.info bildirir ki, bununla bağlı Peyn bəyan edib: “Bu gün mən Rusiya elitasının və oliqarxiyasının 67 üzvünə qarşı əlavə sanksiyalar elan edirəm”.

Bildirilib ki, Avstraliyada 7 aprel tarixindən Rusiyadan dəbdəbəli malların, o cümlədən zərgərlik, qızıl, şərab, nəqliyyat vasitələri, xəz və başqa malların tədarükünə qadağa qoyulması ilə bağlı qərar qüvvəyə minib.

Payn deyib ki, Avstraliya indi Rusiyanın bank sektorunun əksəriyyəti və ölkənin suveren borcuna cavabdeh olan bütün qurumlar da daxil olmaqla 600-ə yaxın fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

MƏNBƏReuters
Öncəki xəbərABŞ Senatı Rusiyadan enerji məhsullarının idxalına qadağa qoydu
Sonrakı xəbərYunanıstan 12 rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın