Amerika Birləşmiş Ştatları Senatı Rusiyadan enerji idxalına qadağanın qoyulması təklifini dəstəkləyib.

YALAN.info bildirir ki, indi onun qüvvəyə minməsi üçün yalnız ABŞ prezidentin imzası tələb olunur.

Prezident Co Bayden qanunu imzalasa, xam neft və bəzi neft məhsulları, mayeləşdirilmiş təbii qaz və kömürün alınması ilə bağlı yeni müqavilələr dərhal qadağan və mövcud müqavilələr 45 gün ərzində ləğv ediləcək.

Həmçinin, ABŞ şirkətlərinə və investorlarına Rusiyanın enerji sektoruna sərmayə qoyması qadağan ediləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın