Avropa İttifaqı ölkələrini gəzmək və tanımaq üçün mayın 14-də Bakıda “Avropa Şəhərciyi” açılacaq.

YALAN.info bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, tədbir Dənizkanarı Milli Parkda keçiriləcək.

Məlumata görə, açılış mərasimində dövlət rəsmiləri, Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri iştirak edəcəklər. “Siz burada Avropa İttifaqına üzv ölkələri tanımaqla yanaşı, maraqlı oyunlara qoşulub əylənə biləcəksiniz”, – məlumatda deyilir.

Öncə əyləncəli sərgi keçiriləcək, daha sonra axşam konserti təşkil ediləcək. Konsert proqramında Dilarə Kazımova, Ülviyyə Rəhimova, Helena Naumova, DJ.Ruslan və DJ.Azad çıxış edəcək.

Öncəki xəbərMedvedev: NATO ilə Rusiya arasında potensial nüvə müharibəsi ehtimalı artır
Sonrakı xəbərDmitri Polyanski: NATO-dakı Finlandiya və İsveç Rusiya Ordusunun hədəfinə çevrilə bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın