“Atletiko Mineyro” klubu 50 il aradan sonra yenidən futbol üzrə Braziliya A Seriyasının qalibi ola bilib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, futbol üzrə Braziliya çempionatının 32-ci turu çərçivəsində “Atletiko Mineyro” ilə “Bahya” qarşılaşıb.
Salvadorda (Braziliya) “Arena Fonte Nova – Otaviu Manqabeyra” stadionunda baş tutan 36-cı tur qarşılaşmasının 1-ci yarısında “Bahya” 62 və 66-cı dəqiqələrdə qonaqların qapısından 2 top keçirə bilib.
İkinci yarıda “Atletiko Mineyro” komandası hücumçu Halkın qolu və Kenonun dublu ilə durumu öz xeyirlərinə dəyişib. 5 dəqiqəyə 3 qol vuran qonaqlar 3:2 hesabı ilə qalib gəlib.
Yarışın bitməsinə iki oyun qalmış “Atletiko Mineyro” 81 xal toplayıb və başqa komandalar üçün əlçatmaz olub. Komanda ən yaxın izləyicisi “Flamenqo”nu 9 xal qabaqlayır. Bununla da “Atletiko Mineyro” tarixində ikinci dəfə futbol üzrə Braziliya çempionu olub. Komanda ilk dəfə belə bir uğura 1971-ci ildə nail olub.
Xatırladaq ki, komandanın heyətində “Zenit”in keçmiş hücumçusu Halk və Madrid “Atletiko”sunun keçmiş hücumçusu Dieqo Kosta yer alır.