Avropa Şurası Parlament Assambleyası (AŞPA) martın 15-də keçirilən toplantısında Moldova Respublikasının Dnestryanı bölgəsini Rusiyanın işğal zonası kimi tanıyıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, AŞPA üzvləri uyğun düzəlişi nəzərdə tutan qətnaməni yekdilliklə dəstəkləyiblər. Son qərarı martın 17-də Avropa Şurası Nazirlər Komitəsi verəcək.

Qeyd edək ki, Moldova nümayəndələri bu düzəlişin hazırlanmasında iştirak etməyiblər, ancaq onun əleyhinə də səs verməyiblər.

İndi sənəddə “Rusiya Federasiyası Moldova Respublikasına qarşı hərbi təcavüz aktı həyata keçirib və uyğun olaraq Dnestryanı regionu işğal edib”, – deyə qeyd olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın