“Ukraynalı müdafiəçilərin Rusiya işğalçıları ilə Donbas uğrunda döyüşləri bir neçə gündür davam edir. İşğalçılar Luqansk və Donetsk vilayətlərində hücum fəaliyyətlərini fəallaşdırıblar”.

YALAN.info bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik danışıb.

“İndi biz deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb”, – A.Motuzyanik bildirib. Onun sözlərinə görə, Rusiya işğalçılarının ölkənin şərqinə geniş hücumu gec-tez baş verməli idi.

Eyni zamanda, polkovnik vurğulayıb ki, bu ərazidəki Ukrayna şəhər və kəndləri irili-xırdalı qalalardır və onlar müdafiəni cəsarətlə tutub düşmənin qarşısını alırlar.

“Onlar Rusiyanın bütün ərazilərimizi ələ keçirmək planlarının gerçəkləşməsinə imkan vermirlər. Ona görə də Donbassdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür”, – Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

MƏNBƏUNIAN
Öncəki xəbərPutinin yaxın ətrafı Ukraynaya hücumu “faciəvi səhv” hesab edir
Sonrakı xəbərConson: Ayağın timsahın ağzındadırsa, onunla necə danışıqlara getmək olar?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın