Aprelin 6-da CNN tərəfindən yayımlanan sorğuya görə, Amerika Birləşmiş Ştatlarında vətəndaşların az bir qismi indiki prezident Co Baydenin qarşıdan gələn 2024-cü il seçkilərində yenidən seçilməyə layiq olduğunu düşünür.

YALAN.info bildirir ki, mart ayında keçirilən sorğuya görə, rəyi soruşulan ABŞ vətəndaşlarıının yalnız 32 %-i Baydenin yenidən seçilməsini dəstəkləyir.

Gənc nəsil (35 yaşa qədər) arasında bu göstərici daha da aşağıdır – 26 %. Həmçinin, Baydenin populyarlığının ciddi şəkildə azalması liberal düşüncəli mühitdə də qeydə alınır. Dekabrda liberal respondentlərin 63 %-i təkrar seçkiləri dəstəkləyib, martda isə bu rəqəm 53 %-dək azalıb.

Araşdırmaya görə, Ağ Ev rəhbərinin ümumi reytinqi bu ilin yanvarı ilə müqayisədə üç faiz bəndi azalaraq 42 %-ə düşüb. Onu da bildirək ki, sorğu elektron poçt və telefon vasitəsilə aparılıb. Araşdırmada təxminən 1,6 min yetkin ABŞ vətəndaşı iştirak edib.

Öncəki xəbərYonja kollektivi Afrikanın ən hündür zirvəsində Azərbaycan bayrağını dalğalandırdı
Sonrakı xəbərİranlı diplomatların Azərbaycandan çıxarılması prosesi başlanıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın