ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail və Birləşmiş Ərəb Əmirlikləri XİN rəhbərləri Yair Lapid və Abdullah bin Zayed əl Nəhyan ilə görüşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İsrail və BƏƏ arasındakı münasibətlərin normallaşmasının ildönümünə həsr olunmuş görüşdən sonra ortaq mətbuat konfransı keçirilib.

Toplantıdakı çıxışı zamanı Blinken İranın nüvə silahı əldə etməməsi ilə bağlı ABŞ-ın başqa ölkələrlə eyni fikirdə olduğunu bəyan edib. O, zamanın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyaya alternativ başqa üsulların gözdən keçiriləcəyini bildirib.

Yair Lapid isə İranın hər ötən gün nüvə silahı əldə etməyə bir az da yaxınlaşdığı vurğulayıb. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha yada salıb və hər kəsin “başqa üsullar” ifadəsinin əsl mənasını anladığını vurğulayıb.

Öncəki xəbərHeydər Əliyev Fondunun dəstəyi ilə Vəyən Müharibəsinə həsr olunmuş 44days.info saytı yaradıldı
Sonrakı xəbərErməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın