“Çinin addımları ABŞ-nin suverenliyinə təhdid yaradacağı təqdirdə rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”.

YALAN.info bildirir ki, bu açıqlama ilə Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden (Joe Biden) çıxış edib.

“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi”, – deyə Co Bayden vurğulayıb.

Yada salaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub. Bu hadisə ABŞ-nin hiddətinə səbəb olub. ABŞ hakimiyyəti bunu milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.

Öncəki xəbərTürkiyədə zəlzələdə ölənlərin sayı 3 419-a çatıb, 20 534 nəfər yaralanıb
Sonrakı xəbərAzərbaycanın xilasetmə qrupu Türkiyəyə xaricdən gələn ən çoxsaylı yardım komandasıdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın