“Çinin addımları ABŞ-nin suverenliyinə təhdid yaradacağı təqdirdə rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”.

YALAN.info bildirir ki, bu açıqlama ilə Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden (Joe Biden) çıxış edib.

“Əmin olun ki, Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Keçən həftə etdiyimiz kimi”, – deyə Co Bayden vurğulayıb.

Yada salaq ki, fevralın 4-də ABŞ bir neçə gündür öz hava məkanında olan Çinin “casus şarını” vurub. Bu hadisə ABŞ-nin hiddətinə səbəb olub. ABŞ hakimiyyəti bunu milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın