Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına uyğun olaraq Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlər keçirilir, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciət edib.

Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Unudulmaz Tarixlər

Bu gün Azərbaycanın haqq savaşının – 44 gün davam edən Vətən müharibəsinin başlanmasından bir il ötür. Düz bir il öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıydı.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:

27 sentyabr 2020-ci il

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 3 oktyabr 2020-ci il

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 4 oktyabr 2020-ci il

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr 2020-ci il

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 9 oktyabr 2020-ci il

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
  • Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
  • Tərtər rayonunun Çaylı kəndi

 14 oktyabr 2020-ci il

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr 2020-ci il

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
  • Füzuli rayonunun Arış kəndi
  • Cəbrayıl rayonunun Doşulu kəndi

 16 oktyabr 2020-ci il

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 17 oktyabr 2020-ci il

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 18 oktyabr 2020-ci il

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 19 oktyabr 2020-ci il

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 20 oktyabr 2020-ci il

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 21 oktyabr 2020-ci il

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 22 oktyabr 2020-ci il

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr 2020-ci il

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

25-26 oktyabr 2020-ci il

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri

28 oktyabr 2020-ci il

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
  • Füzuli rayonunun Mandılı kəndi
  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri

30 oktyabr 2020-ci il

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri

2 noyabr 2020-ci il

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri

4 noyabr 2020-ci il

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri

7 noyabr 2020-ci il

  • Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri
  • Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
  • Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
  • Zəngilan rayonunun Beşdəli kəndi
  • Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri
  • Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

8 noyabr 2020-ci il

  • Şuşa şəhəri

9 noyabr 2020-ci il

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri
  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi
  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər  kəndləri.

20 noyabr 2020-ci il

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.

25 noyabr 2020-ci il

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

1 dekabr

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr edilmiş Zəfər paradı keçirildi. Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdi.

Bu il aprelin 12-də Bakıda Vətən müharibəsində qələbə münasibətilə Hərbi Qənimətlər Parkının açılışı oldu.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 2 914 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub. Bundan başqa, 44 günlük müharibə zamanı erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdiyi cinaytlər nəticəsində 94 mülki şəxs şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə on minlərlə hərbçi qulluqçumuz müxtəlif orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin imzaladğı sərəncamlarla sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-də Zəfər Günü kimi qeyd olunacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın