Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci il yanvar-oktyabr aylarında 178,8 milyon barel neft daşınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “BOTAS International Limited”-in rəsmi internet səhifəsindən əldə edilən məlumata görə, 2020-ci ilin əvvəlindən noyabr ayına qədər BTC boru kəməri ilə daşınan neft Ceyhan terminalında 237 tankerə yüklənərək dünya bazarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 539,1 milyon barel neft daşınıb. Bu neft 4 min 618 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət, 2006-cı ilin 2 iyun tarixindən başlayaraq Ceyhan terminalından xam neftin daşınması prosesinə başlanılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın