Stüardessaların davası təyyarənin məcburi eniş etməsinə səbəb olub. ANS PRESS-in məlumatına görə, hadisə ABŞ-ın Delta Hava Yollarına məxsus sərnişin təyyarəsnidə baş verib.

Los-Ancelesdən Minneapolisə uçan təyyarənin iki stüardessa arasında söz davasının sonunda yumruq davasına keçməsi təyyarənin pilotunu məcburi eniş etməyə vadar edib.

Təyyarədə iş üstündə sözləri tərs düşən iki xanım stüardessanın davasınının qarşısını almaq istəyən sərnişinlərdən birinin zədələnməsindən sonra pilotun bu addımı atdığı bildirilir. Məcburi enişin ardından iki stüardessa da işdən azad edilərək, təyyarədən uzaqlaşdırılıb.

Delta Hava Yolları şirkəti yaşanan mənfi hadisədən dolayı sərnişinlərdən üzr istəyib. Baş verən hadisə təyyarənin 75 dəqiqə gecikməsi ilə nəticələnib.

Öncəki xəbərRafael Hüseynov AŞ PA-da Erməni Terrorundan Danışdı
Sonrakı xəbərTANAP-ın Sonuncu Hissəsini Tikəcək Şirkətin Adı Müəyyənləşdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın