Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların aparılması üçün qarşıdakı 2 həftədə rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Qafqazinfo”ya qaynaqlanaraq bildirdiyinə görə, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı paylaşıb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü öncəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun heç bir şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:

“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı gücləri yerləşdirilməlidir”.

Politoloq şərtləri araşdıraraq bunların çox ağır şərtlər olduğunu deyib:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək olar. Başqa iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlu deyib ki, bununla bağlı geniş araşdırmalar aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın