Yanvarın 28-də Ordu Günü münasibətilə Gümrüdə keçirilən Ermənistan Silahlı Qüvvələrinin texniki və silahların sərgisi zamanı ilk dəfə olaraq, Rusiya istehsalı olan 9К129 “Kornet-E” Tank Əleyhinə Raket Kompleksləri (TƏRK) ictimaiyyətə təqdim olunub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Regnuma qaynaqlanaraq bildirir ki, “Kornet-E” komplekslərin Ermənistana Rusiya Federasiyası satıb.

Bildirildiyi kimi, tank əleyhinə raket kompleksi Moskvanın 26 iyun 2015-ci il tarixli ikitərəfli anlaşma üzrə Rusiya silah və hərbi texnikasının alınması üçün ayırdığı 200 milyon dollarlıq ixrac krediti hesabına alınıb.

Onu da vurğulayaq ki, Azərbaycan anlaşma üzrə 2008-ci ildə 100 dənə “Kornet-E” TƏRK partiyasını əldə edib.

“Kornet-E” TƏR Komplekslərinin başlıca təyinatı tanklar və başqa zirehli hədəfləri, o cümlədən çağdaş dinamik qorunma qurğuları ilə silahlanmış döyüş texnikasını yox etməkdir. “Kornet” TƏR kompleksləri “atəş açdım və unutdum” konsepsiyasını gerçəkləşdirir; yəni  nişanda olan hədəfin fiksasiyasi və izlənməsi texnologiyası hesabına raket hədəfi təqib edir.

Başlıca şərt hədəfin raket dəyənə qədər kompleksin görmə çevrəsində olmasıdır.  Atəş məsafəsi 100-5500 m-dir. Raketin zirehi dəlmə gücü isə:  1200-1300 mm DZ-dir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın